Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində baş verən ağır yol qəzası iki gənc qadının ölümü ilə nəticələnib.
Hadisə Manavqat–Alanya D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib.
Məlumata görə, Hüseyn Ç.-nin idarə etdiyi TIR yol ayrıcına yaxınlaşarkən eyni istiqamətdə hərəkətdə olan avtomobilə və işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən idarəetməni itirən ağırtonnajlı avtomobil yol kənarındakı avtobus dayanacağının üzərinə aşıb.
Nəticədə TIR dayanacaqdakı şəxslərin üzərinə aşıb. TIR-ın altında qalan 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova və 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqalyovanın meyitləri çıxarılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.Lent.az





















