image-1backend

Bakalavr pilləsi üzrə təhsil 3 il, magistratura pilləsi üzrə isə 1 il olacaq – QƏRAR VERİLDİ

image-ads-728x90

Gürcüstan parlamenti ali təhsil sistemində genişmiqyaslı dəyişiklikləri nəzərdə tutan “Ali təhsil haqqında” qanuna əlavə və dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Korrekt.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, yeni islahatlara əsasən ölkənin ali təhsil müəssisələrində təhsil müddəti qısaldılır. Belə ki, bakalavr pilləsi üzrə təhsil müddəti 4 ildən 3 ilə, magistratura pilləsi üzrə isə 2 ildən 1 ilə endiriləcək. Doktoranturaya qəbul üçün hazırlıq mərhələsi kimi əlavə 1 il nəzərdə tutulub.

Bundan başqa, qəbul edilən paketə əsasən, Gürcüstan vətəndaşları dövlət ali təhsil sisteminə daxil olan universitetlərdə həm bakalavr, həm də magistratura pillələrində tamamilə pulsuz təhsil almaq hüququna malik olacaqlar. Lakin yeni sistem çərçivəsində ixtisaslar üzrə kvotaların müəyyən ediləcəyi bildirilib.

Yeni qərar 2026-cı ildən etibarən mərhələli şəkildə tətbiq olunacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki