Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Korrekt.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılıb və daha sonra aşıb.
Qəza nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yollarda diqqətli olmağı, müəyyən edilmiş sürət həddinə və ara məsafəsinə riayət etməyi, sükan arxasında diqqəti yayındıran hərəkətlərdən çəkinməyi tövsiyə edib.
İdarə sürücülərə səfərdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamağı, həmçinin yorğun və yuxusuz halda sükan arxasına keçməməyi tövsiyə edib.





















