image-1backend

“Bakını tıxaclardan yalnız bu yolla xilas etmək olar” -İqtisadçı alim

image-ads-728x90

Son illərdə Bakı şəhərində nəqliyyat  sistemində ciddi problemlər var.  Xüsusilə son günlər metropolitenin texniki nasazlıqları, şəhərdə nəqliyyat sisteminin iflic vəziyyətində  olduğunu bir  daha göstərdi. İqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı hesab edir ki, Bakı şəhərinin bu sıxlıqdan çıxması mümkündür və bunun əsas yollarından biri metro şəbəkəsinin genişləndirilməsidir.

İqtisadçı ekspert hesab edir ki, Bakının və ümumilikdə ölkənin metro sistemi hələ yetərincə inkişaf etməyib.

“Metro xəttlərinin sayı və marşrut strukturu optimal deyil. Hazırda şəhərdə iki əsas xətt fəaliyyət göstərir və bunlar bir nöqtədən başlayaraq iki istiqamətə ayrılır: biri Əhmədli tərəfə, digəri isə şəhərin mərkəzinə yönəlir. Bu struktur gündəlik hərəkətdə problemlər yaradır və metro sisteminin effektivliyini azaldır. Məsələn, bəzən Gənclikdən Dərnəgülə getmək metro ilə dolanaraq getməkdən daha yavaş olur. Beynəlxalq təcrübəyə baxdıqda, iri şəhərlərdə metro şəbəkəsi daha kompleks və əlaqəli şəkildə qurulub. Yalnız metro ilə kifayətlənmək düzgün deyil. Digər ictimai nəqliyyat vasitələri də inkişaf etdirilməlidir. Tramvay xətlərinin genişləndirilməsi, sürət qatarlarının əhatə dairəsinin artırılması və şəhər ətrafı marşrutların yaradılması nəqliyyatın yüklənməsini azaldır. Bu cür sistem həm ekoloji baxımdan təmizdir, həm təhlükəsizdir, həm də avtomobillərə olan tələbatı azaldır. Nəticədə, Bakıda nəqliyyat sisteminin inkişafı kompleks yanaşma tələb edir. Metro, tramvay, avtobus və digər nəqliyyat vasitələrinin paralel inkişafı ilə yalnız bu zaman şəhərdə nəqliyyat sıxlığını azaltmaq və effektiv sistem qurmaq mümkündür.”– deyə Arzuman Muradlı bildirib.

İqtisadçı alim təklif edir ki, Bakının tıxacdan xilas olması üçün yerüstü qatarların istifadəsi mütləqdir.

“Bu şəhəri indi xilas etməsək, sonra gec olacaq. Ona görə də yaxın zamanda nəqliyyat sistemində kökülü islahatlar qaçılmazdır”– deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki