image-1backend

Baqayi: “İran ABŞ-dən fərqli olaraq yalnız hərbi hədəflərə zərbələr endirib”

image-ads-728x90

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bildirib ki, Tehranın Qətərdəki ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi zərbələr yalnız hərbi obyektləri hədəf alıb və mülki ərazilərə zərər vurulmayıb.

Korrekt.az xəbər verir ki, Baqayi bu barədə “X” hesabında paylaşım edib. O qeyd edib ki, Qətər hökumətinin Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) təqdim etdiyi rəsmi sənəddə İrana məxsus zərbələrin əsasən ABŞ-yə aid hərbi obyektlərə yönəldiyi təsdiqlənib.

İran rəsmisinin sözlərinə görə, Qətərin sənədində yalnız bir istisna qeyd olunub. Söhbət martın 18-də Ras Laffan qaz obyektinə endirilən zərbədən gedir.

Baqayi iddia edib ki, Ras Laffandakı obyektlər ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyib və bu səbəbdən həmin obyekt hücumların hədəfinə çevrilib.

“Bu, ABŞ-nin mülki hədəflərə — məktəblərə, xəstəxanalara, yaşayış məhəllələrinə, toy mərasimlərinə, körpülərə və digər obyektlərə — qəsdən hücumlar həyata keçirməsi ilə bağlı uzunmüddətli tarixçəsi ilə kəskin ziddiyyət təşkil edir”, – deyə Baqayi vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki