image-image_750x_693adea2289d5backend

Baş nazir  kütləvi etirazlara görə istefa VERDİ

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Bolqarıstanın Baş naziri Rosen Jelezkov ölkədə davam edən genişmiqyaslı etiraz aksiyaları səbəbilə istefa verib.

Çərşənbə günü paytaxt Sofiyada 100 mindən çox insan hökuməti korrupsiyada ittiham edərək Jelezkovun istefasını tələb edib. Aksiyalar təkcə Bolqarıstanla məhdudlaşmayıb – Brüssel, London, Nyu-York da daxil olmaqla 25-dən çox şəhərdə də etirazlar təşkil olunub.

Nümayişçilərin əsas hədəfi hökumətdə böyük təsir gücünə malik oliqarx Delyan Peevski olub. ABŞ və Böyük Britaniya Peevskiyə korrupsiya ittihamları ilə bağlı sanksiyalar tətbiq edib.

Etirazlara səbəb ötən həftə təqdim olunan 2026-cı il dövlət büdcəsi layihəsi olub. Sənəddə vergilərin artırılması nəzərdə tutulurdu. Gərginlikdən sonra hökumət vergi artımı planından geri çəkilib.

Qeyd edək ki, 1 yanvar tarixində Bolqarıstan Avrozonaya daxil olmalı idi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki