image-1backend

Bloomberg: “Körfəz ölkələri Hörmüzdən gizli neft daşımaları həyata keçirib” 

image-ads-728x90

Fars körfəzi ölkələrinin Hörmüz boğazından gizli şəkildə böyük həcmdə xam neft daşımağa davam etdiyi bildirilir.

“Bloomberg”in məlumatına görə, Yaxın Şərqin neft istehsalçıları bu daşımalarla qlobal bazarda qiymət artımının qarşısını almağa çalışırlar. İranla müharibənin başlamasından sonra həyata keçirilən gizli neft daşımaları daha ciddi təchizat böhranı gözləyən qlobal bazar üçün mühüm vasitəyə çevrilib.

Korrekt.az xəbər verir ki, bu marşrutların bir neçə aydır fəaliyyət göstərdiyi bildirilir. Lakin təhlükəsizlik məqsədilə bir sıra tankerlərin izləmə sistemlərini söndürməsi onların dəqiq marşrutlarının və daşınan neftin həcminin müəyyənləşdirilməsini çətinləşdirir.

“Bloomberg” yazıb ki, mümkün daşınma həcmləri bazarın gündəlik 4 milyon barel səviyyəsindəki proqnozlarını belə üstələyə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki