image-1backend

Borcu olan şirkət tender uddu

image-ads-728x90

Azərbaycan Respublikasının Ekologiya Və Təbii Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin elan etdiyi tenderin qalibi məlum olub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “AZƏRMAŞ PARK” MMC olub.

Belə ki, qalib şirkət nəqliyyat vasitələrinin satın alınmasını həyata keçirəcək.

Lakin rəsmi mənbələrdə “AZƏRMAŞ PARK” MMC-nin 163 min 743.67 manat vergi borcu olduğu göstərilir.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.

Qeyd edək ki, qalib şirkətə sözügedən layihənin həyata keçirilməsi müqabilində 355 min 500 manat ödəniləcək.

Lakin bu tenderin ehtimal olunan qiyməti 358 min 750 manatdır.

Xatırladaq ki, qalib şirkət “AZƏRMAŞ PARK” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə Hüseynov Anar Adil oğludur.

“AZƏRMAŞ PARK” MMC 6 avqust 2016-cı il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki