image-1backend

 Şarmazanov: “KTMT-yə alternativ Türkiyədirmi?”

image-ads-728x90

Ermənistanın Respublika Partiyasının (RPA) sözçüsü Eduard Şarmazanov ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin gələcəyi və alternativ təhlükəsizlik mexanizmləri barədə fikirlərini açıqlayıb.

Korrekt.az xəbər verir ki, Şarmazanov bildirib ki, Ermənistanın KTMT-dən tədricən uzaqlaşması ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun “tarixi nümunələrdən” imtina ilə bağlı tezisindən irəli gəlir.

Onun sözlərinə görə, Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi gözlənilməz hadisə deyil. Çünki 2018-ci ildən sonra ölkə rəhbərliyinin atdığı addımlar dövlətin xarici siyasət və təhlükəsizlik istiqamətini dəyişməyə yönəlib.

RPA sözçüsü Ermənistan rəhbərliyinin eyni zamanda KTMT və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olduğu halda Avropa İttifaqına (Aİ) üzvlük məqsədini elan etməsini siyasi macəra adlandırıb.

O, KTMT ilə münasibətlərin kəsilməsini də yanlış addım hesab edib və Ermənistanın hər hansı hərbi bloka üzv olmadan müstəqil şəkildə effektiv təhlükəsizlik sistemi formalaşdırmasının mümkün olmadığını vurğulayıb.

“KTMT-yə alternativ nədir? Paşinyanın sözləri ilə desək,  bölgəyə gələn Türkiyə, yoxsa özünün güclü təhlükəsizlik sisteminə ehtiyacı olan və təhlükəsizlik ixrac edən təşkilat olmayan Avropa İttifaqı?” – deyə Şarmazanov sual edib.

O, KTMT-nin fəaliyyətində problemlərin olduğunu inkar etməsə də, bu problemlərin təşkilatdan uzaqlaşmaqla deyil, həll yolu tapmaqla aradan qaldırılmalı olduğunu bildirib.

Şarmazanovun fikrincə, Ermənistanın milli maraqları KTMT-dəki üzvlük statusunun dondurulmasının aradan qaldırılmasını, Rusiya ilə münasibətlərin dərinləşdirilməsini və Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əlaqələrin inkişaf etdirilməsini tələb edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki