İrəvan şəhərinin meri tərəfindən irəli sürülən təşəbbüsə əsasən, şəhərdəki 143 məktəbdə smartfonlar və digər elektron cihazların istifadəsi qadağan edilib. Korrekt.az xəbər verir ki, bu təhsil müəssisələrinin daxili intizam qaydalarında yer alıb.
Araşdırmalar göstərir ki, dərs zamanı telefonların istifadəsinin məhdudlaşdırılması şagirdlərin təhsil nəticələrini orta hesabla 6-14% artırır. Həmçinin, telefonların istifadəsinə məhdudiyyət qoyulduqda, şagirdlərin diqqət müddəti uzanır və onlar dərslərə daha yaxşı cəmləşə bilirlər. Tədqiqatlar, hətta telefonların sadəcə sinifdə olması belə, şagirdlərin diqqətini yayındıra biləcəyini göstərib.
Ağıllı cihazların istifadəsinə yalnız tədris məqsədilə, müəllimin göstərişi ilə və dərsliklərdəki QR kodlarına daxil olmaq üçün icazə verilir. Bu cür tədbirlər bir çox ölkələrdə müsbət nəticələrini artıq sübuta yetirib.





















