image-1backend

Bu ölkədə nazirlərin maaşları azaldılır

image-ads-728x90

Fransanın Baş naziri Sebastyan Lekornu 2027-ci il dövlət büdcəsinin hazırlanması çərçivəsində hökumət üzvlərinin maaşlarının azaldılması imkanını nəzərdən keçirir.

Korrekt.az xəbər verir ki, “Le Figaro” qəzetinin hökumətə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, təklifin həyata keçirilməsi dövlət büdcəsinə yalnız cüzi qənaət gətirə bilər. Bununla belə, belə bir addım dövlət maliyyəsinin vəziyyəti və ölkədə tətbiq olunması planlaşdırılan qənaət tədbirləri ilə bağlı gözlənilən çətin müzakirələr fonunda mühüm siyasi mesaj kimi qiymətləndirilir.

Fransada hökumət üzvlərinin əməkhaqqı bir neçə ödəniş komponentindən ibarətdir və qanunvericiliklə ciddi şəkildə tənzimlənir. Baş nazir, nazirlər və dövlət katiblərinin maaşlarının məbləği müvafiq normativ qaydalar əsasında müəyyənləşdirilir və yüksək vəzifəli dövlət qulluqçularının əməkhaqqı sistemi ilə əlaqələndirilir.

Baş nazirin iqamətgahı olan Matinyon hesab edir ki, hökumət üzvlərinin dövlət xərclərinin azaldılması prosesinə töhfəsini nümayiş etdirən istənilən addım ictimaiyyət üçün mühüm siyasi siqnal ola bilər.

Bununla yanaşı, hökumətin nazirlərin əməkhaqqını dəyişmək imkanları mövcud qaydalarla məhdudlaşır. Maaşların həm strukturu, həm də məbləği qüvvədə olan hüquqi normalarla müəyyən edilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki