image-1backend

Bu ölkənin hava limanında ciddi problem yarandı- Uçuşlar ləğv edildi

image-ads-728x90

Böyük Britaniyada hava nəqliyyatında ciddi problem yaranıb. Ölkənin avtomatlaşdırılmış uçuş planlarının emalı sistemində baş verən texniki nasazlıq yüzlərlə reysin ləğvinə, minlərlə sərnişinin isə hava limanlarında qalmasına səbəb olub.

Korrekt.az xəbər verir ki, Böyük Britaniyanın Milli Hava Trafik Xidmətinin (NATS) uçuş planlarının avtomatlaşdırılmış emal sistemində nasazlıq baş verib.

Texniki problem səbəbindən mütəxəssislər məlumatların əl ilə daxil edilməsinə keçməli olublar. Bu isə ölkənin ən böyük hava limanlarında uçuşların kütləvi şəkildə gecikməsinə və ləğvinə gətirib çıxarıb.

Məlumata görə, təxminən 600 uçuş ləğv edilib, minlərlə sərnişin isə hava limanlarında uzun müddət gözləməli olub.

Yaranmış vəziyyət xüsusilə böyük hava limanlarında ciddi sıxlığa səbəb olub. Sərnişinlərin saatlarla növbələrdə gözlədiyi, uçuş cədvəllərində isə genişmiqyaslı dəyişikliklərin aparıldığı bildirilir.

Hazırda texniki nasazlığın aradan qaldırılması və hava nəqliyyatının normal fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki