image-1backend

Çin gizli şəkildə Rusiyaya silah göndərib- Qalmaqallı açıqlama

image-ads-728x90

Çinin dövlətə məxsus Jilin Chemical Fiber Group şirkəti Rusiyaya dronlarda istifadə olunan karbon lifinin istehsalı üçün lazım olan 46 ton poliakrilonitril göndərib. Politico və The Telegraph qəzetləri yükün mülki yük kimi qeydiyyatdan keçirildiyini öyrəniblər.

Alıcı Rosatom-un törəmə şirkəti olan Alabuga-Volokno kimi qeyd olunur. 2023-cü ildən bəri şirkət həmçinin İranın Şahed sinifli dronlarını da yığıb.

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru Devid Olbraytın sözlərinə görə, təchiz edilən xammal ən azı 1300 dron üçün kifayət edə bilər. Karbon lifi konstruksiyalarda, qanadlarda, eləcə də mühərrik və yanacaq çəninin möhkəmləndirilməsində istifadə olunur.

Sənədlər Ukrayna mənbələri tərəfindən əldə edilib. Politico-nun məlumatına görə, onların həqiqiliyi Ukrayna hakimiyyəti və ABŞ Nümayəndələr Palatasının Çin üzrə Xüsusi Komitəsi tərəfindən təsdiqlənib. Materiallar həmçinin Britaniya hökumətinə də ötürülüb.

ABŞ məlumatla bağlı şərh verməyib və Böyük Britaniya Xarici İşlər Nazirliyi sənədlərdə olan məlumatları mübahisələndirməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki