image-img_20261030_102423backend

Cövdət Yılmaz: “XXI əsr Türk əsridir”

image-ads-728x90

Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Türk dövlətlərinin nümayəndələrini Ankarada bir arada görməyin qürurverici olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, o, Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Fikirdən Dialoqa, İrəli” adlı Türk Dünyası Dialoq Forumunda çıxışı zamanı Türk dövlətləri arasında qardaşlıq və həmrəyliyin əhəmiyyətinə toxunub.

Cövdət Yılmaz qeyd edib ki, Türk dünyası həyata keçirilən ortaq layihələrdə və əməkdaşlıq təşəbbüslərində vahid qardaşlıq mövqeyindən çıxış edir.

Onun sözlərinə görə, son 35 il ərzində Türk dövlətləri arasında tarixi yaxınlıq və münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib.

“Bu gün qardaş Azərbaycandan Türk Dövlətləri Təşkilatında (TDT) sədrliyi təhvil alırıq. Qarşıda görüləcək olduqca böyük işlər var. Bu prosesdə media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. XXI əsr Türk əsridir”, – deyə Cövdət Yılmaz vurğulayıb.

Türkiyə Respublikasının vitse-prezidenti Türk dünyasının gələcək inkişafında ortaq fəaliyyətin, qarşılıqlı dəstəyin və medianın rolunun mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki