Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri, professor Burhanəddin Duran Türk dövlətlərinin dezinformasiyaya qarşı birgə mübarizə aparmasının vacibliyini vurğulayıb.
O, Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısı çərçivəsində Ankarada keçirilən “Fikirdən Dialoqa, İrəli” adlı Türk Dünyası Dialoq Forumunda çıxışı zamanı bildirib ki, dezinformasiya ilə mübarizə bütün türk dövlətlərinin ortaq vəzifəsi olmalıdır.
Burhanəddin Duran qeyd edib ki, bu istiqamətdə səmərəli nəticələr əldə etmək üçün Türk dövlətləri koordinasiyalı şəkildə fəaliyyət göstərməli, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində birgə əməkdaşlığı gücləndirməlidirlər.
O vurğulayıb ki, Türk dünyası informasiya müstəvisində də həmrəylik nümayiş etdirməli və dezinformasiyaya qarşı ortaq strategiya formalaşdırmalıdır.





















