image-img_20261030_100636backend

Burhanəddin Duran: “Qardaşlığımız sayəsində daha böyük işlər görəcəyik”

image-ads-728x90

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri, professor Burhanəddin Duran Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısı çərçivəsində Ankarada keçirilən “Fikirdən Dialoqa, İrəli” adlı Türk Dünyası Dialoq Forumunda çıxış edib.

Korrekt.az xəbər verir ki, Burhanəddin Duran media nümayəndələrini Ankarada görməkdən məmnunluğunu ifadə edib.

O bildirib ki, türk xalqlarının dilləri və ləhcələri arasında ortaq xüsusiyyətlər, yaxınlıq və anlaşma mövcuddur.

“Biz qardaşlığımız sayəsində daha böyük işlər görəcəyik. Bu gün bir araya gəldiyimiz forum Türk dünyası üçün olduqca əhəmiyyətlidir. Birgə həyata keçirdiyimiz enerji təhlükəsizliyi sahəsindəki fəaliyyətimiz isə dünya üçün böyük əhəmiyyət daşıyır”, – deyə Burhanəddin Duran vurğulayıb.

Kommunikasiya İdarəsinin rəhbəri Türk dünyasının ortaq dəyərləri və qardaşlıq münasibətlərinin gələcək əməkdaşlıq üçün mühüm zəmin yaratdığını diqqətə çatdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki