image-fb_img_1774165361283backend

DANİB Bakıda və Mingəçevirdə “Qayıdış Hüququ: Qərbi Azərbaycan gənclərin gözü ilə” mövzusunda tədbirlər keçirib

image-ads-728x90

“Demokratik Azərbaycan Naminə İctimai Birliyi” (DANİB) tərəfindən Bakı və Mingəçevir şəhərlərində “Qayıdış Hüququ: Qərbi Azərbaycan gənclərin gözü ilə” adlı layihə çərçivəsində silsilə tədbirlər təşkil olunub.
Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
Tədbirlər Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kolleci, Azərbaycan Kooperasiya Universiteti və Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsində baş tutub.
Tədbirlərdə çıxış edən DANİB sədri Elməddin Behbud layihənin məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, əsas məqsəd Qərbi Azərbaycan mövzusu ilə bağlı gənclərin məlumatlılığını artırmaq, deportasiya olunmuş soydaşlarımızın qayıdış hüququnu Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində izah etmək, həmçinin bu hüquqları gənclər arasında təşviq etməkdir.
E. Behbud Qərbi Azərbaycandan deportasiyaların tarixi mərhələlərinə də toxunaraq, İkinci Qarabağ müharibəsində əldə olunan qələbədən sonra Prezident İlham Əliyev tərəfindən müəyyən edilən yeni prioritetlərin reallaşdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir və bu istiqamətdə gənclərin fəallığının artırılmasına ehtiyac var.
Tədbirlərdə çıxış edən Şəhla Abbasova, Sevda Həsənova, Xanoğlan Hüseynov və Ləman Bəylərova gənclərin tarixi həqiqətləri dərindən öyrənməsinin, dövlət siyasətinin prioritetlərini mənimsəməsinin və milli maraqların qorunmasında fəal iştirakının vacibliyini qeyd ediblər.
Bildirilib ki, layihə çərçivəsində videoçarx və xüsusi veriliş də hazırlanıb.
Gənclərin yüksək fəallıq nümayiş etdirdiyi tədbirlər müzakirələrlə davam edib.

image-fb_img_1774165371545 image-fb_img_1774165369054 image-fb_img_1774165366574 image-fb_img_1774165363726 image-fb_img_1774165361283 image-fb_img_1774165358323



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki