image-1backend

“Der Spiegel”: Putin–Tramp tandemi Avropaya savaş AÇIR

image-ads-728x90

Almaniyanın “Der Spiegel” jurnalı 12 dekabr tarixli sayının üz qabığında Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın fotosunu dərc edib.

Korrekt.az xəbər verir ki, rəsmdə Putin Avropaya tərəf bıçaq yönəldir, Tramp isə əllərini Putinin çiyinlərinə qoyaraq onun yanında dayanır. Eyni vizual jurnalda dərc olunan əsas məqalə — “Tramp və Putin Avropaya necə hücum edir: İki cani, bir məqsəd” — üçün də istifadə edilib.

Məqalənin girişində iddia olunur ki, ABŞ lideri “Köhnə Qitəyə yuxarıdan aşağı baxır”, Avropa isə “iki prezident arasında formalaşan ittifaqa qarşı strategiya qurmaqda acizdir”.

Jurnala görə, Putin ABŞ və Avropa arasında yaranmış “transatlantik uçurumdan” maksimum yararlanır: Rusiya prezidenti Trampla Avropanın iştirak etmədiyi, bərabərhüquqlu formatda danışıqlar aparır. Eyni zamanda, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında NATO-nun genişlənməsinin rədd edildiyi və sənədin “əsasən Kremlin mövqeyi ilə üst-üstə düşdüyü” qeyd edilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki