Əhməd Davudoğlu barəsində istintaq başladılıb.
Korrekt.az xəbər verir ki, Türkiyənin sabiq xarici işlər naziri və ləğv edilmiş Gələcək Partiyasının keçmiş sədri Əhməd Davudoğlu barədə araşdırma aparılır.
Məlumata görə, Ankara Baş Prokurorluğu Davudoğlu haqqında prezidentə qarşı təhqir xarakterli ifadələr səsləndirdiyi iddiası ilə istintaq başladıb.
Qeyd olunur ki, araşdırmaya səbəb Davudoğlunun sosial mediada yayılan çıxışındakı ifadələr olub.konkret.az





















