Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu ingilis hücumçu Olli Uotkinsin transferi üçün “Aston Villa”ya rəsmi təklif göndərib. Korrekt.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano verib.
“Əl Hilal” 30 yaşlı futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır.
Olli Uotkins belə bir varianta qarşı deyil və klub rəhbərliyinin cavabını gözləyir.
Olli Uotkins son İngiltərə çempionatında 37 oyun keçirib və 16 qol vurub.





















