image-1backend

Ən çox əsəb xəstəsi Bakıdadır – ŞOK STATİSTİKA

image-ads-728x90

2026-cı ilin əvvəlinə olan rəsmi məlumatlara əsasən, Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üzrə qeydiyyatda olan şəxslərin ümumi sayı 323 min 775 nəfər təşkil edir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, bu kateqoriya üzrə ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb.

Belə ki, paytaxtda 139 min 334 nəfər qeydiyyatda olmaqla, ümumi göstəricinin təxminən 43 faizini təşkil edir. Növbəti yerləri isə Şəki (26 426 nəfər), Gəncə (16 393 nəfər), Zaqatala (8 621 nəfər), Xaçmaz (4 031 nəfər) və Quba (3 903 nəfər) tutur.

Ümumilikdə isə 2020-ci ildən sonra Azərbaycanda sinir sistemi xəstələrinin sayında böyük fərq müşahidə olunur. 2025-ci ilin yekunlarına və son statistikalara əsasən, ölkədə nevroloji və əsəbyönümlü xəstəliklərdən əziyyət çəkənlərin sayında kəskin artım tendensiyası qeydə alınır.

Mütəxəssislərə görə, nevroloji xəstəliklərin artmasının başlıca səbəbi xroniki stress, qeyri-sağlam qidalanma rejimi və iqlim dəyişikliklərinin təsiri daxildir./Bakıvaxtı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki