Azərbaycanın Ermənistana yanacaq göndərir. Ölkəmizdə çoxları hesab edir ki, 44 günlük Vətən Müharibəsindən sonra ermənilər agıllanıb.
Amma bu belə deyil…
Çünki tarix dəfələrlə sübut edib ki, ermənilərə edilən hər bir yaxşılıq gec-tez Azərbaycana qarşı xəyanətlə cavablandırılıb. Bu, təsadüf deyil, dəyişməyən siyasi və milli davranış modelidir.
Ermənilər çətinliyə düşəndə humanizmdən, qonşuluqdan danışırlar. Amma vəziyyət düzələn kimi ilk etdikləri şey Azərbaycana qarşı kampaniya başlatmaq olur. Spitak zəlzələsi zamanı ilk köməyə gedən məhz Azərbaycan idi. Cavab nə oldu? Yardım aparan təyyarəmiz vuruldu, azərbaycanlılar şəhid edildi. Bu fakt təkcə faciə deyil, erməni xislətinin açıq göstəricisidir.
1920-ci ildə Ermənistan yanacaq böhranı yaşayarkən Azərbaycan yardım etdi. Ardınca nə baş verdi? Azərbaycana qarşı nifrət, böhtan və siyasi hücumlar. 1988- ci ildə çətin günlərində Ermənistana yanacaq göndərdik. Çox keçmədi ki, həmin yanacağı tanklara, texnikalara tökən ermənilər üzərimizə gəldi.
1988-ci ildə torpaq iddiaları ilə başlayan proses Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlının deportasiyası ilə nəticələndi. 1992-ci ildən isə Qarabağda açıq işğal və terror siyasəti yürüdüldü.
28 il ərzində torpaqlarımız tapdaq altında qaldı. Yalnız Azərbaycan Ordusunun gücü, şəhidlərin qanı hesabına bu işğala son qoyuldu. Ermənilər dərs aldımı? Xeyr! Onlar nə peşman oldu, nə də dəyişdi.
İndi isə yenə eyni ssenari. Ermənistan ağır vəziyyətdədir, Azərbaycan humanitar addım ataraq yanacaq göndərir. Amma erməni cəmiyyəti bunu minnətdarlıqla deyil, nifrətlə, təhqirlə və siyasi manipulyasiya ilə qarşılayır. Ermənistanda açıq şəkildə Azərbaycan benzinindən imtina çağırışları edilir.
Bunun ən açıq sübutu “Alternativ Layihələr” qrupunun üzvü Vahe Ovannisyanın sosial şəbəkədə yazdıqlarıdır:
“Əminəm ki, yüz minlərlə istehlakçı Azərbaycan benzinini almaqdan imtina edəcək… Əks halda, onilliklər ərzində Azərbaycanda lağ obyektinə çevriləcəyik.”
Bu sözlər açıq etirafdır. Ermənilər üçün məsələ yanacaq deyil, Azərbaycana nifrət ideologiyasıdır. Onlar üçün iqtisadi maraq, xalqın rifahı belə ikinci plandadır. Əsas məqsəd – Azərbaycana qarşı düşmənçilik xəttini qorumaqdır.
Belə olan halda sual yaranır: biz niyə yenə eyni səhvi təkrarlamalıyıq? Yaxşılıq başa düşməyən, onu zəiflik kimi qəbul edən bir cəmiyyətə niyə yardım edilməlidir?
Tarix göstərir ki, ermənilərlə bağlı sadəlövhlük baha başa gəlir. Humanizm adı altında edilən hər güzəşt gələcəkdə yeni iddiaların, yeni təxribatların əsasına çevrilir.
Şəxsən mən bu “səmimiyyət nağılına” inanmıram.
Çünki ermənilər dəyişmir.
Onlar yalnız gücü anlayırlar. Onlar yalnız dəmir yumruğu başa düşürlər…
Bəs siz hələ də inanırsınızmı?
Qoşqar Salmanlı





















