Ermənistan mətbuatında yayılan məlumatlara görə, bu ölkənin bəzi məktəblərində 16 yaşlı qız şagirdlərin yüksək vəzifəli şəxslər tərəfindən təcavüzə məruz qalması ilə bağlı ciddi iddialar ortaya çıxıb. Bildirilir ki, Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müəyyən əməkdaşlarının bu qanunsuz əməllərdə adları hallanır.
Yerli Telegram kanallarının məlumatına əsasən, məsələ bir şagirdə göndərilən məktubun məktəb administrasiyasına təqdim edilməsi ilə üzə çıxıb. Bundan başqa, şagirdlərdən birinin hadisə barədə valideynlərinə danışdığı, həmin valideynin isə məsələni prokurorluğa çatdırdığı bildirilir. İdda edilir ki, zərərçəkənlərin sayı 100-ə yaxındır.
Rəsmi qurumlar iddialarla bağlı dərin araşdırma aparıldığını, bütün məlumatların hərtərəfli şəkildə yoxlanıldığını açıqlayıb. Erməni mediası isə məsələni ölkə gündəmində qalmaqallı hadisə kimi qiymətləndirir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.





















