image-1backend

Fahişələr kralı, və yaxud ermənilərin anası adlandırılan “biznesmen”…

image-ads-728x90

Matild Manukyan adı, Türkiyə və beynəlxalq media mənbələrində qadın sahibkar və fahişə alveri biznesində qanuni yollarla yüksəlmiş şəxs kimi qeyd olunur. Onun həyatı həm zənginlik, həm də qalmaqallarla doludur.

Matild Manukyan, əsl adı Eveline Matild Çah Muradyan, 1914-cü ildə  İstanbulda anadan olub. Atası erməni tenor Armenak Çah Muradyan, anası isə isveçrəli balerina Salle Marqarit olub. Onun ailəsi 1913-cü ildə Fransaya mühacirət edir.

Aristokrat ailədən olan Manukyan, Notr Dam de Sion məktəbini bitirib. Təhsilini başa vurduqdan sonra iş həyatına atılıb və ilkin olaraq tikişçi kimi fəaliyyət göstərib. Matild Manukyan 11 il Dropier Gabriel ilə evli olub. Daha çox gəlir əldə etmək məqsədilə yüksək cəmiyyət üçün dərziliklə məşğul olub.

Manukyanın əxlaqsızlıq sahəsinə girməsi İstanbulun Karaköy rayonunda atasına məxsus binalardan birinin kirayəsini ödəyə bilməyən fahişəxanalardan biri ilə ortaq olması ilə başlayıb. Zaman keçdikcə onun idarə etdiyi fahişəxanaların sayı 37-yə çatıb. Ona Türkiyənin ilk fahişə kralı da deyə bilərik.   Bu üstün sosial və maddi vəziyyət ona həyatın başlanğıcında müəyyən üstünlük versə də, gələcəkdə qarşılaşdığı sınaqlar onu daha fərqli yollar axtarmağa məcbur etdi.

Ailəsi və şəxsi həyatı Matildanı erkən yaşda itkilərlə üz-üzə qoydu. Ailəsi dağıldıqdan sonra bir oğlu dünyaya gəldi, lakin sonradan məcburi olaraq boşanmaq zorunda qaldı. O vaxt, varlı şəxslərə tətbiq olunan “varlıq vergisi” onun əlinə keçmiş sərvətin bir hissəsini əldən çıxartdı.Maddi imkansızlıq onu dərzilik kimi kiçik işlərlə məşğul olmağa məcbur etdi. Atasından ona miras qalmış evdə o vaxt fahişəxanalardan birinin idarəçisi yaşayırdı. İdarəçi, Matildanın vəziyyətini görüb, ona şərikli fahişəxana işlətməyi təklif etdi. Beləliklə, Matildanın həyatında əhəmiyyətli bir dönüş nöqtəsi baş verdi.

Qısa müddət ərzində Matilda bu sahədə hamını heyrətləndirəcək dərəcədə yüksəldi. Güclü şəxslərin dəstəyi ilə o, əli siyasət və biznes sahəsindəki iqtidara qədər uzanan bir qadına çevrildi.

Matildanın yüksəlişi təkcə maddi sərvət toplamaqla məhdudlaşmadı. Onun adı 1990-cı illərdə 6 dəfə vergi rekordçusu kimi qeydə alındı. O, hər zaman qanun çərçivəsində işlədiyini vurğulayıb və bu yolla əldə etdiyi sərvətləri gizlətmədən, vergisini ödəyərək fəaliyyət göstərdiyini bildirib.

Bir dəfə məhkəməyə çağırıldığında isə onun cəsarəti və gücü açıq şəkildə görünüb. Hakim onu şəxsən sorğulamağa çalışarkən, Matilda sorğu aparılan binanın onun şəxsi mülkü olduğunu bildirərək hakimə qarşı belə deyib:
“Bu axşam buradan ya mən, ya da siz ayrılacaqsınız.”

Məhkəmə binasından polislərin qolundan tutub aparılmasına baxmayaraq, Matild həmin gecə öz işçiləri ilə çıxaraq, timsah dərisindən hazırlanmış Rolls-Royce avtomobilinə minib getmişdi.

Ömrü boyunca Matild Manukyan çox böyük sərvət topladı. Öldükdən sonra onun mülkləri arasında aşağıdakılar qeyd olunub:

İstanbul: 500 ev, 70 iş mərkəzi bina

Yalova: 200 ev, 4 min hektarlıq ərazi

İkitelli Sənaye Bölgəsi: min hektarlıq ərazidə iki fabrik

Antalya və Alanya: üç otel (ikisi 4 ulduz, biri 3 ulduz)

Böyükada: köşk

Yatlar və avtomobillər: 18 metrlik yaxta, BMW, Mercedes, Rolls-Royce

Zinət əşyaları və qiymətli daşlar: kilosu bilinməyən qızıl və daşlar

Bu rəqəmlər real və təsir edici olsa da, bəzi mənbələr onların daha da böyük ola biləcəyini qeyd edir.

Daha bir maraqlı məqam isə Matild Manukyanın hər ay böyük məbləğdə vəsaiti erməni diasporasının hesabına köçürməsi idi. Hələ Birinci Qarabağ savaşı zamanı Matild Manukyanın Qarabağı işğal edən erməni silahlı dəstələrinə yardım etdiyi haqqında erməni mediasında məlumatlar öz əksini tapırdı. Bir sözlə erməni mediası həmin dövrdə fahişlər kralı ləqəbini alan bu qadını “ermənilərin anası” adlandırırdı.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki