image-1973651backend

“Free Press”: Qadağaya baxmayaraq, İran rəsmiləri Kanadaya daxil ola bilir

image-ads-728x90

“Free Press” nəşri bildirir ki, Kanadada yaşayan iranlılar İran İslam Respublikası rəsmilərinin miqrasiya prosedurlarından sui-istifadə edərək ölkəyə daxil ola biləcəyindən narahatdırlar.

Korrekt.az xəbər verir  ki, Kanada hökuməti insan haqlarının pozulmasında iştirak ittihamlarına görə 2022-ci ildən etibarən İranın yüksək vəzifəli məmurlarının ölkəyə girişini qadağan edib. Bu məhdudiyyət 2003-cü ildən bəri İranda dövlət qurumlarında çalışmış bütün vəzifəliləri əhatə edir.

Bununla belə, nəşrin məlumatına görə, bəzi ekspertlər müəyyən hallarda İran rəsmilərinin bu qadağanı aşa bildiyini düşünür. Hazırda İranda yüksək post tutduğu ehtimal edilən 164 iranlı barədə araşdırma aparıldığı qeyd olunur.

Hesabatda vurğulanır ki, İranın artan siyasi təcridi və iqtisadi tənəzzül riski fonunda rejimlə əlaqəsi olan şəxslərin ölkədən çıxmaq üçün Kanadanı “təhlükəsiz sığınacaq” kimi görməsi ilə bağlı narahatlıqlar artır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki