image-1backend

FT: Rusiya İrana bu yolla kömək edir

image-ads-728x90

Rusiyanın İrana müasir hərbi texnologiyalar sahəsində gizli dəstək göstərdiyinə dair yeni məlumatlar ortaya çıxıb.

“Financial Times”ın (FT) apardığı araşdırmaya görə, Rusiya silah ixracı üzrə rəsmilər və “NPO Maşinostroyeniya” şirkətinin yüksək səviyyəli mühəndisləri 2023-cü ilin noyabrında İran Müdafiə Nazirliyi ilə “C430L” müqaviləsi rəsmi şəkildə imzalanmazdan əvvəl bir neçə dəfə İrana səfər ediblər.

Korrekt.az xəbər verir ki, araşdırmada qeyd olunur ki, Rusiyanın İrana səfər edən nümayəndələri arasında həmin dövrdə “NPO Maşinostroyeniya” şirkətinin baş direktor müavini və Rusiya Federasiyasının Əmək Qəhrəmanı Aleksandr Derqaçov da olub.

Rusiya nümayəndə heyətinin digər üzvlərindən biri isə yüksək sürətli raket sistemləri üzrə mütəxəssis Yuri Proxorçuk olub.

FT-nin əldə etdiyi Rusiya sənədlərinə əsasən, Proxorçuk gəmi və quru hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulan, ramjet mühərriki ilə təchiz edilmiş hipersəs qanadlı raketlə bağlı patentdə ixtiraçı kimi göstərilir.

Araşdırmaya görə, sözügedən səfərlər və əlaqələr “C430L” müqaviləsinin rəsmi şəkildə imzalanmasından əvvəl Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın daha geniş miqyasda aparıldığını göstərir.

FT-nin araşdırması Rusiyanın İrana raket və digər müasir hərbi texnologiyaların ötürülməsində mümkün roluna dair yeni suallar yaradıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki