Yanvar ayında İranda keçirilən etirazlar zamanı həbs olunan 21 yaşlı reper İrfan Mirzayinin İsfahanın Dəstgerd zindanında öldüyü bildirilir.
Korrekt.az xəbər verir ki, Mirzayi etirazlarda iştirakını əks etdirən videoların mobil telefonunda aşkarlanmasından sonra saxlanılıb və Dəstgerd həbsxanasına atılıb.
Yaxınlarının sözlərinə görə, gənc məcburi etiraf almaq məqsədilə ağır fiziki işgəncələrə və döyülməyə məruz qalıb.
Ailəsi onun cəsədini təhvil aldıqdan sonra bədənində qollarında, ayaqlarında və çanaq bölgəsində sınıqlar müşahidə etdiklərini bildirib. (Əl-Ərəbiyyə)





















