image-1backend

Getdi və qayıtmadı… – Azərbaycanda neçə uşaq itkin düşüb?

image-ads-728x90
Azərbaycanda son 20 ildə 1152 nəfər itkin tapılmayıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Xəbər lentlərində DİN-ə istinadla demək olar ki, hər gün evdən çıxıb bir daha geri qayıtmayan şəxslər barədə məlumatlara rast gəlinir. Onlar müxtəlif yaş qruplarını əhatə edir və bir çox hallarda tapılaraq aidiyəti üzrə təhvil verilirlər. Lakin izsiz-soraqsız qalanlar da var. Bu kateqoriyada uşaqlar heç də az deyil.

2025-ci ilin birinci yarısı üzrə, ölkədə itkin düşmüş şəxslərin sayı 684 nəfər göstərilib ki, onların da 109 nəfəri 18 yaşadək uşaqlardır.

Sözügedən rəqəmlər Dövlət Statistika Komitəsinin (DSK) dərc etdiyi məlumatda öz əksini tapıb. Həmin dövrdə axtarış zamanı müəyyən edilmiş itkin düşmüş şəxslərin sayı isə 581 nəfərdir və bunların 108-i azyaşlıdır.

Ötən ilin yekunu üzrə məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hələlik yayımlanmayıb. Statistika cari ilin mart ayında dərc ediləcək.

Beləliklə, qeyd olunan illər üzrə itkin düşmüş şəxslərin ümumi sayı: 4719 nəfər (18 yaşadək olanlar: 820 nəfər);

Həmin illər üzrə müəyyən edilmiş itkinlərin ümumi sayı: 3567 nəfər (18 yaşadək olanlar: 762 nəfər);

Axtarış zamanı müəyyən edilməmiş itkinləri ümumi sayı: 1152 nəfər (18 yaşadək olanlar: 58 nəfər).

Azərbaycan qanunvericiliyinə əsasən, itkin düşmüş şəxs yaşayış yerində 5 il müddətində məlumat olmadıqda, yaxud ölüm təhlükəsi törədən şəraitdə (məsələn, hərbi əməliyyatlar) itkin düşüb 6 ay ərzində xəbər çıxmadıqda məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmənin qərarı qanuni qüvvəyə mindikdə şəxs ölmüş sayılır.

Ümumi müddət: Şəxsin yaşadığı yerdə onun harada olması barədə 5 il müddətində məlumat olmazsa.

Xüsusi hallar: Ölüm təhlükəsi törədən və ya bədbəxt hadisə (hərbi əməliyyat, təbii fəlakət) nəticəsində həlak olduğunu güman etməyə əsas verən hallarda itkin düşdükdə və ondan 6 ay müddətində xəbər çıxmadıqda.

Prosedur: Maraqlı şəxslərin (vərəsələr, prokuror və s.) ərizəsi əsasında məhkəmə tərəfindən baxılır.

Ölüm günü: Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün şəxsin ölüm günü hesab olunur. Hərbi əməliyyatlar zamanı isə bu, hərbi əməliyyatın qurtardığı gün ola bilər. “Yeni Sabah”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki