Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb.
Korrekt.az xəbər verir ki, bu barədə qafqazinfo-ya şəhid xanımı özü məlumat verib.
Fatimə İsmayılova Odlar Yurdu Universitetində “Turizm işinin təşkili” ixtisasına qəbul olunub.
Qeyd edək ki, “Hadrut fatehi” Camal İsmayılov 2020-ci il oktyabrın 21-i Laçın dəhlizinə nəzarəti ələ almaq üçün gedən döyüşlərdə şəhid olub. O, şəhidlik zirvəsinə ucalandan sonra 3-cü övladı dünyaya gəlib. Körpəsinin üzünü görmək ona qismət olmasa da, son vəsiyyəti oğluna Alparslan adının qoyulması olub.






















