image-1backend

İran Küveytdə ABŞ-nin hərbi infrastrukturunu hədəfə aldığını açıqladı: “Cavabımız sərhəd tanımayacaq”

image-ads-728x90

İran Ordusu Küveytdə yerləşən Əli əs-Səlim hərbi hava bazasında ABŞ-yə məxsus hərbi obyektlərə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini bəyan edib.

Korrekt.az xəbər verir ki, İran hərbi komandanlığının yaydığı açıqlamaya görə, hücum zamanı ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemləri, hərbi pilotsuz uçuş aparatları və raket buraxılış qurğuları hədəfə alınıb.

Tehran Əli əs-Səlim aviabazasının ABŞ hərbi personalının Qərbi Asiyaya hava yolu ilə daşınmasında, eləcə də regiondakı hərbi və logistik əməliyyatların təmin edilməsində mühüm rol oynadığını bildirib.

İran hərbçiləri bəyan ediblər ki, ölkəyə qarşı yönələn istənilən təhdid və ya hücuma veriləcək cavab qətiyyətli və sarsıdıcı olacaq.

Açıqlamada xüsusilə vurğulanıb ki, İranın cavab tədbirləri heç bir coğrafi sərhədlə məhdudlaşmayacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki