image-1backend

Hizbullah lideri YENƏ HƏDƏLƏDİ: “Bizə qarşı çıxnların cavabını VERƏCƏYİK”  

image-ads-728x90

İsrail mediasının məlumatına görə, Livan Hizbullahı, “bütün dünya bizə qarşı birləşsə belə”, silahlı imkanlarından imtina etmək niyyətində olmadığını bəyan edib. Korrekt.az xəbər verir ki, bu açıqlama, qrupun baş katibi Naim Qassem tərəfindən verilib.

Qasım, İsrailin fəaliyyətlərinin “Livan üçün birbaşa təhlükə yaratmağa” davam etdiyini və sülh dövründə hərbi tarazlığın olmamasının təbii bir hal olduğunu vurğulayıb. O, həmçinin, Hizbullahın son 17 ildə əldə etdiyi “azadlıq” mübarizəsinin böyük bir strateji uğur olduğunu bildirib və bu dövr ərzində yaradılan çəkindirici amili, ölkənin təhlükəsizliyini təmin etmək üçün mühüm bir faktör hesab edib.

Qasım, Hizbullahın məqsədinin Livan dövlətini əvəz etmək olmadığını, əksinə, ölkəni müdafiə etmək və ordunu dəstəkləmək olduğunu qeyd edib. O, hər hansı bir təslim olmağa səbəb ola biləcək təklifləri isə qətiyyətlə rədd edib: “Müqavimət, Livanın gücündən və potensialından istifadə edərək müdafiə strategiyasına razıdır, lakin ABŞ və İsrailə qarşı heç bir təslim modelini qəbul etməyəcək. Təslim olmaq Livanın yox olmasına səbəb olardı – Suriya nümunəsi hər kəsin gözü qarşısındadır. İsrail Livana kənardan tabeçilik və nəzarət tətbiq etməyə çalışır.”

Hizbullah liderinin sözlərinə görə, Həsən Nəsrullah və onun silahdaşlarının öldürülməsindən sonra İsrailin məqsədi qruplaşmanı tamamilə məhv etməkdir. Lakin, Qasım bu məqsədi gerçəkləşdirə bilməyəcəklərini bildirib: “Müharibə başlasa, məqsədlərinə çatmayacaq… Göylər yerə düşsə belə, müqavimət göstərəcəyik. İsrailin tələblərinə cavab olaraq heç vaxt silahlarımızı təslim etməyəcəyik. Müharibəyə hazırıq və bütün dünya bizə qarşı birləşsə belə, tərksilah etməyəcəyik.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki