Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib.
Korrekt.az xəbər verir ki, bu barədə icra hakimiyyətinin sosial şəbəkə səhifəsində məlumat verilib.
Görüşdə M.Məmmədov filial müdirinə uğurlar arzulayıb, həmçinin, rayonda maliyyə savadlılığının artırılması, yeni layihələrin icrası, sahibkarlığa dəstək göstərilməsi və sair mövzularda fikir mübadiləsi aparılıb.
Lakin icra başçısının bank nümayəndəsi ilə görüşü və bunun paylaşılması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bir çoxları bu paylaşımın informasiya əhəmiyyətinin olmadığını bildirərək tənqid ediblər.





















