image-1backend

“İlham Əliyev Qarabağdakı ermənilərin maraqlarını 100 faiz təmin edəcəkdi” – Putin

image-ads-728x90

Bişkekdə Rusiya prezidenti Vladmir Putin Ermənistanın baş naziri ilə görüşü, eləcə də Qarabağ məsələsi və Azərbaycanın dövlət başçısı haqda danışıb.

Prezidentin mətbuat konfransında səsləndirdiyi o fikirləri Musavat.com oxucuları üçün olduğu kimi təqdim edirik.

Putin deyib: “Bilirsiniz, mən yaxın keçmişi eşələmək istəmirəm, amma hər şey Qarabağdakı problemlərdən başladı. Ermənistan rəhbərliyi, baş nazirin özü Praqada müvafiq sənədi imzaladı və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. Həmin andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz çox ikili xarakter aldı. Biz nə etməliyik, Azərbaycanın daxili işlərinə müdaxilə edə və ya etməliyik?

Ermənistana Xankəndindən gedən yol Yol Qarabağ Dağlıq Qarabağ

Qərb çox fəal, şəxsən mənə- indi adlarını çəkməyəcəyəm- Avropa ölkələri liderləri deyirdilər ki, Qarabağ Azərbaycanın bir hissəsidir, amma “biz orada yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin olunmasına nail olacağıq”. Mən deyirdim: “Heç nəyi təmin edə bilməyəcəksiniz, insanlar sadəcə gedəcəklər vəssalam”. Halbuki Prezident Əliyev bu insanlara qarşı heç bir pis iş görməyəcəkdir. O, müasir, intellektual insandır, onların maraqlarını təmin etməyə 100 faiz çalışacaqdı, amma onlar yenə də orada qalmayacaqdılar. Belə də oldu. Amma bundan sonra bütün bu hadisələrə görə məsuliyyəti öz üzərinə götürmək kifayət qədər çətindir, Rusiya isə burada “təsadüfən” ortaya çıxır. Biz bu məsələdə dəfələrlə izahat verdik. Mən heç kimi heç nədə ittiham etmək istəmirəm. Hadisələrin məntiqi belə idi. Amma burada, bəlkə də, Ermənistanın hazırkı rəhbərliyinin bu qərarında müəyyən müsbət məqamlar da var, çünki bu vəziyyət hər şeyi tam şəkildə ortaya qoyur, səhifəni çevirib artıq heç bir münaqişə, heç nə olmadan irəli getmək, insanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, sərhədləri investisiyalar üçün açmaq və sair mümkündür. Əslində, müsbət tərəflər də az deyil…”Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki