image-images-3backend

İran ABŞ-a hücum etdi: Bu dəfə hakerlər…

image-ads-728x90

ABŞ-nin bir neçə federal qurumu su sistemləri və digər kritik infrastrukturların idarə olunmasında istifadə edilən Siemens avadanlıqlarına qarşı kiberhücum təhlükəsi barədə xəbərdarlıq edib.

Korrekt.az xəbər verir ki, bununla bağlı, Milli Təhlükəsizlik Agentliyi (NSA), Federal Təhqiqatlar Bürosu (FTB), Energetika Departamenti, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) birgə məlumat yayıb.

Xəbərdarlıq ABŞ-nin bir neçə ştatında yerli su sistemlərinə qarşı həyata keçirilən bir sıra kiberhücumlardan sonra verilib. Kibertəhlükəsizlik üzrə bəzi ekspertlər həmin hücumların İranla əlaqəli ola biləcəyini ehtimal edirlər.

Qurumlar istehsal, enerji, su və tullantı suları, kimya, qida və kənd təsərrüfatı sektorlarında istifadə olunan Siemens-in S7 seriyalı proqramlaşdırıla bilən nəzarətçilərə qarşı “aktiv təhdid” olduğunu bildiriblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki