image-1backend

İran ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi obyektlərini hədəfə aldığını açıqladı

image-ads-728x90

İran ordusu ABŞ-nin Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, İran tərəfinin məlumatına görə, hücumlar ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

Bildirilib ki, BƏƏ-də ABŞ qüvvələrinin istifadə etdiyi radar sistemləri, həmçinin Əl-Dəfra və Əl-Minhad aviabazaları hədəfə alınıb. Bəhreyndə isə Şeyx İsa aviabazasında yerləşən ABŞ qüvvələrinin radar sistemləri və digər mövqelərə hücum edildiyi qeyd olunub. İran ordusu əməliyyatlarda çoxsaylı pilotsuz uçuş aparatlarından istifadə edildiyini bildirib.

İran ordusu ABŞ-nin ölkə ərazisində yaşayış məntəqələrinə və toy mərasiminə zərbələr endirdiyini də iddia edib. Tehran bu hücumları “müharibə cinayətləri” kimi qiymətləndirib.

Açıqlamada ABŞ-yə qarşı cavab tədbirlərinin davam etdiriləcəyi, növbəti zərbələrin isə daha genişmiqyaslı və qətiyyətli olacağı bildirilib.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında qarşılıqlı zərbələrin intensivləşməsi Yaxın Şərqdə gərginliyi daha da artırıb. ABŞ qüvvələrinin İrana zərbələrindən sonra Tehran regionda ABŞ hərbi obyektlərinə və Vaşinqtonun müttəfiqlərinə qarşı cavab hücumlarını genişləndirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki