Bu gün İran Xarici İşlər Nazirliyi Cənubi Koreyanı ABŞ-nin Fars körfəzi və Hörmüz boğazındakı hərbi əməliyyatlarında iştirak etməməyə çağırıb.
Korrekt.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran Seulu bölgədə ABŞ əməliyyatları çərçivəsində hər hansı hərbi iştirakdan çəkindirib. Bəqayinin sözlərinə görə, İran və Cənubi Koreya arasında qarşılıqlı hörmət əsasında 64 ildən artıqdır davam edən ikitərəfli münasibətlərə baxmayaraq, Seulun ABŞ-nin təşəbbüslərində hərbi iştirakı Tehran tərəfindən “təcavüzkara birbaşa dəstək” kimi qiymətləndiriləcək. İran rəsmisi Tehranın Cənubi Koreya ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verdiyini də vurğulayıb. Bununla yanaşı, Bəqayi heç bir suveren və məsuliyyətli dövlətin ABŞ-nin təzyiq və təhdidlərinə boyun əyməməli olduğunu deyib.





















