Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.
Korrekt.az xəbər verir ki, idarədən bildirilib ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.
Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qara bazarda heroinin 1 kiloqramı keyfiyyətindən asılı olaraq 120-128 min ABŞ dollarına satılır.





















