Korrekt.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kermanpur deyib: “Təəssüf ki, ölkənin bəzi əyalətlərində ölüm nisbəti doğum nisbətini keçib”.
Keçmişdə qadınlar üçün orta doğum nisbəti dünya üzrə təxminən 4,4 idisə, indi bu nisbət 2,2-dir. Torbət-Heydəriyyə şəhərində qadınların orta doğum nisbəti 1,84, ümumi İranda isə 1,6-dır.
Gilan əyalətində ölüm nisbətinin həyat nisbətini üstələdiyini bildirən Kermanpur izah edib ki, bu əyalətdə qadınların orta doğum (TFR) nisbəti birdən azdır və 0,9 ətrafındadır.





















