ABŞ-nin İranın cənubundakı Kuhestək şəhərində toy mərasiminin keçirildiyi evə endirdiyi zərbənin Amerika istehsalı sursatla həyata keçirildiyi ehtimal olunur.
Reuters agentliyinin təsdiqlədiyi görüntüləri araşdıran silah ekspertləri zərbənin İranın hava hücumundan müdafiə raketindən deyil, ABŞ istehsalı sursatdan qaynaqlandığı qənaətinə gəliblər.
Korrekt.az xəbər verir ki, ekspertlərdən üçü sursatın böyük ehtimalla ABŞ istehsalı olduğunu bildirib. Onlardan biri silahın ilkin hədəfini qaçırmış ola biləcəyini qeyd edib.
Reuters-in apardığı araşdırmada zərbənin ABŞ istehsalı 500 funtluq JSOW tipli sursatla həyata keçirilməsi ehtimalı da nəzərdən keçirilib.
Hadisə sentyabrın 1-də baş verib. Zərbə nəticəsində toy mərasiminin keçirildiyi ev dağılıb. İlkin məlumatlara görə, azı 4 nəfər həlak olub, 68 nəfər yaralanıb.
Daha sonra İran dövlət televiziyası ölənlərin sayının 5 nəfərə çatdığını bildirib.





















