image-img_20260901_090958backend

İranda dəhşətli görüntülər: Narkotikanın ölkədəki durumu – FOTOLAR 

image-ads-728x90

İranda narkotik vasitələrdən istifadə ilə bağlı problemin son illərdə daha da dərinləşdiyi və bunun ölkənin ciddi sosial problemlərindən birinə çevrildiyi bildirilir.

Korrekt.az xəbər verir ki, ölkənin coğrafi mövqeyi də vəziyyətə təsir edən əsas amillərdən biri hesab olunur. İran narkotik vasitələrin Əfqanıstandan digər ölkələrə daşınması üçün istifadə edilən əsas tranzit marşrutlarından birinin üzərində yerləşir.

Bununla yanaşı, narahatlıq doğuran əsas məqamlardan biri narkotik istifadəsinin daha gənc yaş qrupları arasında yayılmasıdır. Qadınların da narkotik asılılığından getdikcə daha çox təsirləndiyi qeyd olunur.

Mütəxəssislərin fikrincə, yoxsulluq, işsizlik, evsizlik və sosial müdafiə imkanlarının məhdudluğu narkotik asılılığı yaşayan insanların vəziyyətini daha da ağırlaşdıran amillər sırasındadır.

İran mediasında və müxtəlif sosial platformalarda narkotik asılılığından əziyyət çəkən, küçələrdə yaşayan və azyaşlı uşaqları ilə birlikdə ağır şəraitdə qalan qadınlarla bağlı görüntü və məlumatlar da zaman-zaman yayımlanır.

Bu vəziyyət narkotik asılılığının yalnız fərdi sağlamlıq problemi deyil, həm də qadınların və uşaqların təhlükəsizliyinə, sosial rifahına və cəmiyyətin gələcəyinə təsir edən ciddi sosial böhran olduğunu göstərir.

image-img_20260901_091144 image-img_20260901_091126 image-img_20260901_091104 image-img_20260901_091038 image-img_20260901_091016 image-img_20260901_090958



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki