image-1backend

İranda ərəb ovu: Çoxsaylı ərəb saxlanıldı

image-ads-728x90

Xuzistan əyalətinin Əhvaz şəhərində azı 10 sünni ərəbin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin əməkdaşları tərəfindən həbs edildiyi bildirilir.

Korrekt.az xəbər verir ki, bununla bağlı, İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verib.

Məlumata görə, bir qrup ərəb dostlarından birinin evində toplantı keçirmək üçün bir araya gəlib. Repressiv qüvvələr evi mühasirəyə alaraq içəri daxil olub və iştirakçılardan bir neçəsini döyərək saxlayıblar.

Tutulan şəxslər daha sonra naməlum yerə aparılıb. Onların hansı ittihamlarla həbs edildiyi və hazırda harada saxlanıldığı barədə məlumat yoxdur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki