image-1backend

İranda Səfəvilər dövrünə aid tarixi karvansaranı sökürlər

image-ads-728x90

TƏBRİZ-TURAN-TV Telegram kanalı həyəcan təbili çalır. İranda buldozerlər Səbzəvarda tarixi Azərbaycan karvansarası dağıdıb.

Bununla bağlı Telegram kanalı yazır:

“Əsir düşmüş tariximiz: Səbzivarda tarixi karvansaray buldozerlərlə dağıdılıb

Molla rejimi Azərbaycanın Səbzivar şəhərində Səfəvilər dövrünə aid tarixi karvansarayın buldozerlərlə dağıdıb.

Məlumata görə, karvansarayın vəziyyəti əvvəllər də narahatlıq doğurub və onun bərpası və qorunmasına ehtiyac olduğu bildirilib.

Tikilinin milli irs siyahısına salınması üçün müraciət edildiyi və əzəmətli giriş qapısının olduğu da qeyd edilir”.

Karvansarayın hansı icazə əsasında və kimlərin göstərişi ilə dağıdıldığı, eləcə də dağıntının Mədəni İrs Təşkilatının göstərişi ilə həyata keçirildiyi iddiası hələlik müstəqil şəkildə təsdiqlənməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki