image-1backend

İranın birinci vitse-prezidenti internet məhdudiyyətlərini tənqid edib

image-ads-728x90

İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif ölkədə internetə tətbiq olunan məhdudiyyətlərin səmərəsiz olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, Arif qeyd edib ki, VPN-lərdən geniş istifadə kibertəhlükəsizlik baxımından əlavə risklər yaradır. Onun sözlərinə görə, İran internet məkanında milli və mədəni dəyərlərinə uyğun siyasət yürütməklə yanaşı, kiberməkanda suverenliyini təmin etməli və bu sahəyə nəzarət imkanlarını gücləndirməlidir.

Birinci vitse-prezident internetə tətbiq edilən məhdudiyyətlərin əksinə, ölkənin kibertəhlükəsizlik sahəsində nəzarət imkanlarını zəiflətdiyini vurğulayıb.

“İnternet təhlükəsizliyində dominantlığımızı pozan vasitələr mövcuddur. Bu arada, kiberməkanda suverenliyimizi təmin etməyi və idarə etməyi bacarmalıyıq. Məhdudiyyətlər təhlükəsizlik dominantlığımızı pozur və biz bu problemin nəticələrini son müharibələr zamanı gördük”, – deyə Arif bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki