image-1backend

İranlı ekspert: “Xəzər konvensiyasını tələsik təsdiqləməyin”

image-ads-728x90

Beynəlxalq hüquq üzrə ekspert Məhəmmədəli Bəhməni Qacar İranın Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı tələsik təsdiqləməməli olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, o, “Siyasətçilər klubu” siyasi debat proqramında çıxışı zamanı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsinin və həyata keçirilməsinin tərəfdarıdır. Ekspertin sözlərinə görə, İran Konvensiyanı ratifikasiya etməyənədək sənəd qüvvəyə minməyəcək.

Bəhməni Qacar İranın Xəzər dənizində 50 faizlik paya sahib olması ilə bağlı iddiaların yenidən gündəmə gətirilməsini də təhlükəli hesab edib. Onun fikrincə, bu tələbin reallaşdırılması üçün konkret hüquqi mexanizmlər olmadan yalnız belə bir iddianın irəli sürülməsi nəticədə İranın milli maraqlarına və hüquqlarına zərər vura bilər.

Ekspert 2001-ci ildə “Əlborz” neft yatağı ilə bağlı baş vermiş hadisəyə də toxunub. O bildirib ki, həmin vaxt İran Azərbaycanın addımlarının qarşısını qətiyyətlə alıb. Bununla belə, Bəhməni Qacar fikir ayrılıqlarının qeyri-müəyyən müddətə təxirə salınmasının doğru olmadığını və İranın konkret, həyata keçirilə bilən hüquqlarının müəyyənləşdirilməsinə çalışmalı olduğunu vurğulayıb.

Beynəlxalq hüquq üzrə ekspert Konvensiyanın 1-ci maddəsində İran sahillərinin əlverişsiz coğrafi mövqeyi ilə bağlı nəzərdə tutulan müddəaların icrasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu məsələnin həll olunmaması İranın daxili sularının müəyyənləşdirilməsi ilə bağlı mövqeyini əhəmiyyətli dərəcədə zəiflədə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki