image-1backend

İranlı general: Etirazlarla bağlı 6 min nəfər həbs edilib

image-ads-728x90

İranda keçirilən etiraz aksiyaları ilə əlaqədar ümumilikdə 6 min nəfər həbs edilib.

Korrekt.az xəbər verir ki, bu barədə İran polis qüvvələrinin komandanı, general Əhmədrza Radan açıqlama verib.

Radanın sözlərinə görə, aksiyalarla bağlı 240 nəfərin əmlakı və aktivləri müsadirə olunub, 182 müttəhimin isə bank hesabları bağlanıb.

General İranın hazırda “müharibə şəraiti”ndə olduğunu bildirib. O, etirazçılardan bəzi qrupları “çevrilişçi” və “düşmən ünsürləri” adlandıraraq, onlara qarşı güzəşt edilməyəcəyini söyləyib.

İran rəsmilərinin açıqlamaları ölkədə etirazlarla bağlı həbslərin və hüquqi tədbirlərin davam etdiyini göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki