image-1backend

“İrşad”dan elektrik sobası aldı, 6 gün sonra partladı – Şikayət

image-ads-728x90

“İrşad” mağazalar şəbəkəsindən elektrik sobası alan müştəri məhsulun cəmi 6 gün sonra partladığını, şirkətin isə problemin həlli ilə bağlı onu gözlətdiyini iddia edir.

Korrekt.az xəbər verir ki, bu barədə Hakim Quliyev “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edib.

Şikayətçinin sözlərinə görə, aldığı elektrik sobasının daxili şüşəsi heç bir təmas olmadan işlədiyi vaxt partlayıb. Hadisədən sonra o, məhsulu mağazanın filialına aparıb. Lakin ona sobanı Xətai rayonundakı servisə çatdırmalı olduğu bildirilib.

Onun sözlərinə görə, məhsul servisə təhvil verildikdən sonra 14 iş günü keçməsinə baxmayaraq, şirkət tərəfindən ona nə zəng edilib, nə də məktub göndərilib.

Şikayətçi dəfələrlə özü əlaqə saxlasa da, konkret cavab ala bilmədiyini, hər dəfə gözləməli olduğunun bildirib. Sonuncu zəngindən sonra ona sobanın təmiri üçün 30 manat ödəməli olduğu deyilib.

Məsələ ilə bağlı “İrşad” mağazalar şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.Tribuna.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki