image-1backend

İslandiya da Eurovision-dan çıxdı

image-ads-728x90

İslandiya ictimai televiziyası ölkənin gələn il keçiriləcək Eurovision Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb. Korrekt.az  xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb .

Qeyd olunur ki, İslandiya bununla Avropa Yayım Birliyinin İsrail nümayəndəsinin iştirakına icazə vermək qərarına etirazını bildirir.

İsrailin İslandiyadakı səfirliyi artıq İslandiya yayım şirkətinin direktorlar şurasının qərarından təəssüfləndiyini bildirib.

Bundan əvvəl İrlandiya, İspaniya, Hollandiya və Sloveniya da müsabiqəni boykot edəcəklərini bəyan etmişdilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki