image-1backend

“İstək koalisiyası” Ukraynaya qoşun yeritmək planları hazırlayır – Britaniya Baş naziri

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keyr Starmer bildirib ki, “İstək koalisiyası” (Coalition of the Willing) Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və zərurət yaranacağı təqdirdə ölkəyə qoşun yeritmək üçün müvafiq planlar hazırlayıb.

Baş nazirin sözlərinə görə, koalisiya çərçivəsində həm siyasi, həm də hərbi səviyyədə geniş planlaşdırma prosesi aparılıb.

“‘İstək koalisiyası’ ilə gördüyümüz işlər çərçivəsində liderlərlə siyasi, hərbi planlaşdırıcılarla isə hərbi proses həyata keçirdik. Hava, dəniz, quru və Ukraynanın öz imkanlarını əhatə edən hərbi planların hazırlanmasını istədik. Hazırda bu sahələrin hər biri üzrə planlarımız mövcuddur. Zərurət yaranarsa, bu, quru qüvvələrinin yerləşdirilməsini də əhatə edə bilər. Lakin hazırda əsas sual ədalətli və davamlı sülhün əldə olunub-olunmamasıdır”, – deyə Starmer İcmalar Palatasında komitə sədrlərinin suallarını cavablandırarkən bildirib.

Britaniya hakimiyyəti artıq bir neçə aydır ki, atəşkəs əldə edildikdən sonra Ukraynaya qoşun göndərməyə hazır olduğunu bəyan edir. Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl NATO qüvvələrinin Ukrayna ərazisində istənilən bayraq və ya mandat altında yerləşdirilməsinin Moskva üçün birbaşa təhlükə yaradacağını bildirib. Onun sözlərinə görə, Rusiya belə bir mövcudluğu heç bir halda qəbul etməyəcək.

Xatırladaq ki, Avropanın aparıcı ölkələrinin liderləri bazar ertəsi günü yaydıqları birgə bəyanatda Kiyev üçün təhlükəsizlik zəmanətlərinin “İstək koalisiyası” çərçivəsində könüllü ölkələrin töhfələrinə əsaslanan və ABŞ tərəfindən dəstəklənən, Avropanın rəhbərlik etdiyi “çoxmillətli Ukrayna qüvvəsi”nin yaradılmasını əhatə etməli olduğunu qeyd ediblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki