image-1backend

Kirayə qalanlarla bağlı QAYDALAR AÇIQLANDI – Dövlətə bu qədər ÖDƏYƏCƏKLƏR

image-ads-728x90

Kirayə müqaviləsi ilə yaşayış sahəsində qalan vətəndaşlar üçün vergi öhdəlikləri və müqavilənin notariat qaydasında təsdiqi ilə bağlı ödənişlərin məbləği açıqlanıb.

Korrekt.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri bu qaydadan istisnadır.

Kirayə haqqını ödəyən şəxs vergi orqanında uçotda olduqda, o, verginin tutulmasını təmin etməli, məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və müvafiq bəyannaməni vergi orqanına təqdim etməlidir.

Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya təyin etdiyi vergi agenti vergi orqanında uçota alınaraq VÖEN əldə etməlidir. Bu halda gəlirdən 10 faiz dərəcə ilə vergi hesablanmalı, gəlir vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq təqdim edilməli və hesablanmış vergi həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.

Bildirilib ki, yaşayış sahəsinin kirayəyə verilməsi ilə bağlı müqavilənin notariat qaydasında təsdiqi üçün dövlət rüsumu 35 manat, xidmət haqqı isə 5,25 manat təşkil edir. Beləliklə, müqavilənin təsdiqi üçün ümumi ödəniş 40,25 manatdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki