“Yelo Bank” ASC-nin İnformasiya təhlükəsizliyi departamentinin rəhbəri işdən çıxıb.
Diyar Əhmədov sözügedən vəzifədən ayrılıb.
Qeyd edək ki, D.Əhmədov 2021-ci ildən “Yelo Bank”da sözügedən vəzifədə çalışıb. O, bundan öncə, Dövlət Neft Fondunda İT təhlükəsizliyi üzrə baş mütəxəssis olub.
Xatırladaq ki, Yelo Bank 1994-cü ildə yaradılıb. Bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir. Bankın əsas səhmdarı Marina Kulişovadır. Onun bankdakı payı 98,94%, İdarə Heyətinin sədri Anar Həsənovun payı 0,96%, “İSR Holdinq” MMC-nin payı isə 0,1% təşkil edir./plat.az/





















